Əl-Əzhər Əl-Şərifin Baş imamı, Zati-aliləri professor Dr. Əhməd əl-Tayyibin sədrliyi altında fəaliyyət göstərən Müsəlman Ağsaqqallar Şurası Qazaxıstan hava məkanında "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və onlarla insanın həlak olması ilə əlaqədar Azərbaycan Respublikası ilə həmrəyliyini ifadə edir.
Şura Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına, həmçinin qəza qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Uca Allahdan yaralananların tezliklə sağalmasını diləyirik.